Bank Of Baku

Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
# 25 avqust 2007 09:12 (UTC +04:00)
Bu gecə Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində “Azəryolnəqliyyatservis” ASC-nin yolların mühafizəsi xidmətinin Quba rayonu üzrə nümayəndəsi Məzahir Yunusov idarə etdiyi xidməti avtomobili yol kənarındakı ticarət obyektlərindən birinə çırpıb. Nəticədə M. Yunusov hadisə yerində həlak olub, onun 11 yaşlı qızı Südabənin ayağı sınıb, həyat yoldaşı ilə oğluna isə heç nə olmayıb. İlkin versiyaya görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR