Bank Of Baku

Zaqatala sakinini Dağıstanda maşın vurub

Zaqatala sakinini Dağıstanda maşın vurub
# 27 avqust 2007 07:46 (UTC +04:00)
Zaqatala sakinini Dağıstanda maşın vurub. Zaqatalanın Gözbarax kənd sakini, 1980-ci il təvəllüdlü Fərman Rəcəb oğlu İbiyev hadisə yerində həlak olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Gözbarax kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, mərhum yenicə nişanlanmışdı və Rusiyaya pul qazanmaq məqsədi ilə gedibmiş. Dağıstan ərazisində avtobusdan düşüb yolu keçmək istəyərkən onu maşın vurub. 27 yaşlı mərhumun cənazəsi ötən gün torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR