Bank Of Baku

Hacıqabulun Nəvahi kəndində kişi cəsədi tapılıb

Hacıqabulun Nəvahi kəndində kişi cəsədi tapılıb
# 27 avqust 2007 09:32 (UTC +04:00)
Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədəliyev İlqar Qubad oğlunun meyiti avqustun 24-də rayonun Nəvahi kəndində yerləşən elektrik transformatorunun yanından tapılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Elşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Sələmə Məmmədəliyeva adlı vətəndaş tərəfindən polisə ərinin itkin düşməsi haqqında ərizə daxil olub. Axtarışlar nəticəsində itkin düşmüş İlqar Məmmədəliyevin cəsədi Nəvahi kəndinə aşkarlanıb. Onun yüksək gərginlikli elektrik enerjisinin vurması nəticəsində öldüyü güman olunur. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində tədqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR