Bank Of Baku

Bədbəxt hadisələr nəticəsində 4 yaşlı iki uşaq ölüb

Bədbəxt hadisələr nəticəsində 4 yaşlı iki uşaq ölüb
# 27 avqust 2007 14:40 (UTC +04:00)
Sabirabad rayonunda bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qaratəpə kənd sakini 4 yaşlı Nahid Şirinov kəndin yaxınlığındakı su kanalına düşüb. Nəticədə N. Şirinov boğulub.
Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində baş verən bədbəxt hadisə nəticəsində də bir uşaq ölüb. Qəsəbənin S. Bağırov küçəsində yaşayan 4 yaşlı Tural Tatarov yaşadığı evin 5-ci mərtəbəsindən yıxılıb. T. Tatarov hadisə yerində keçinib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR