Bank Of Baku

İnək Masallı sakinini öldürüb

İnək Masallı sakinini öldürüb
# 28 avqust 2007 08:42 (UTC +04:00)
Masallıda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Hişkədərə kənd sakini, 50 yaşlı Zakir Həsən oğlu Əliyev şəxsi heyvanının qurbanı olub. Belə ki, Z. Həsənov mal-qarasını örüşdə otararkən onlardan biri qəfildən sahibinə hücum edib, ona ayaqları və buynuzları ilə ölümcül zərbələr endirib. Nəticədə Z. Həsənov aldığı çoxsaylı xəsarətlərdən yerindəcə keçinib. Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov APA-nın cənub bürosuna açıqlamasında bildirib ki, Z. Həsənovun inəyi müayinədən keçirilib, onda quduzluq və ya hər hansı digər xəstəlik aşkarlanmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR