Bank Of Baku

Gürcüstan vətəndaşı Elimxan Nəsibov Azərbaycan Ordusunun əsgəri Vasif Ağayevin açdığı atəş nəticəsində həlak olub

Gürcüstan vətəndaşı Elimxan Nəsibov Azərbaycan Ordusunun əsgəri Vasif Ağayevin açdığı atəş nəticəsində həlak olub
# 28 avqust 2007 09:37 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, İmişli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış V. Ağayev E. Nəsibova Qırmızı Körpü sərhəd keçid məntəqəsindən 2 kilometr kənarda yerləşən qadağan olunmuş əraziyə daxil olduğu üçün atəş açıb: “Elimxan Nəsibov döyüş növbəsində olan əsgər Vasif Ağayevin xəbərdarlıq atəşinə məhəl qoymayıb, əsgər də məcburiyyət qarşısında qalaraq növbəti dəfə ona atəş açıb”.
E. Sabiroğlu deyib ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən faktla bağlı araşdırma aparılacaq: “Ortaya çıxan dəqiq nəticəyə uyğun olaraq istintaq aparılacaq”.
Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, ölüm faktı ilə bağlı Marneuli rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq gedir: “Hadisənin şahidləri bildiriblər ki, Elimxan Nəsibova atəş açan hərbçi onun meyitini götürüb aparmaq istəyib. Amma sonradan meyiti ataraq qaçıb”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR