Bank Of Baku

Bakı şəhər prokuroru: “Binanın uçması ilə əlaqədar 4 nəfər saxlanılıb”

Bakı şəhər prokuroru: “Binanın uçması ilə əlaqədar 4 nəfər saxlanılıb”
# 29 avqust 2007 10:48 (UTC +04:00)
O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının xilasetmə tədbirlərini davam etdirdiyini qeyd edib. Azərbaycan prezidentinin başlanmış cinayət işi ilə bağlı aparılan istintaqın sürətləndirilməsi barədə göstəriş verdiyini söyləyən prokuror Cinayət Məcəlləsinin 222.2 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) və 222-1 (tikinti qaydalarını pozma) maddələri ilə cinayət işi bağlanıldığını deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həlak olan 5 nəfərin meyiti artıq yaşadıqları rayonlara göndərilib. Onların 3-ü Astara rayonunun Ərçivan kəndinin, 1-i Qax rayonunun, 1-i isə Gəncə şəhərinin sakinidir. Bakı şəhər prokuroru bildirib ki, yerli icra orqanlarına həlak olanlarının dəfninin təşkili və ailələrinə maddi yardım göstərilməsi üçün tapşırıqlar verilib. Hadisə ilə bağlı 4 nəfərin saxlanıldığını deyən Ə. Seyidov bunların tikintini aparan “Mütəfəkir MTK”-nın direktoru Əli Muradov, şirkətin icraçı direktoru Əsgər Əliyev, məsul şəxslərdən Fərhad Həsənov və Qədir adlı iş icraçısı olduğunu bildirib. O, zəruri istintaq hərəkətlərinin davam etdirildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR