Bank Of Baku

Salyanda baş verən yol qəzası nəticəsində 3 nəfər həlak olub

Salyanda baş verən yol qəzası nəticəsində 3 nəfər həlak olub
# 29 avqust 2007 10:49 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 28-də saat 01:00 radələrində Lənkəran şəhər sakini Nizami Cavadovun idarə etdiyi “QAZ-2410” və Cəlilabad rayon sakini Rafət Abışovun idarə etdiyi “Qazel” markalı avtomaşınlar toqquşub. Nəticədə N. Cavadovun sərnişinləri həyat yoldaşı Züleyxa, həmyerliləri Gülay Şərifova və İlkin Şərifov hadisə yerində keçinib, xəsarət almış hər iki sürücü və R. Abışovun sərnişini, Cəlilabad rayon sakini Əlifağa Əliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR