Bank Of Baku

Azərbaycan paytaxtında hündür mərtəbəli binanın çökməsi nəticəsində ölən 5 nəfər Respublika Klinik Xəstəxanasının morqundadır

Azərbaycan paytaxtında hündür mərtəbəli binanın çökməsi nəticəsində ölən 5 nəfər Respublika Klinik Xəstəxanasının morqundadır
# 29 avqust 2007 10:59 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan 24 yaşlı vətəndaş hazırda ağır, 45 yaşlı digər vətəndaş orta ağır vəziyyətdədir. Bu xəstələrdən biri binanın altında qalan işçinin qardaşı olan 21 yaşlı vətəndaşdır. O, hadisə yerinə gəldikdən sonra stress vəziyyətinə düşüb və Kliniki Tibbi Mərkəzə gətirilib. 4-cü yaralı isə Travmatologiya və Ortopediya İnstitutda ambulator müayinədən keçərək evə buraxılıb. Bu gün həmin xəstə yenidən stasionara qəbul edilərək əməliyyat olunacaq.
Hazırda isə Respublika Klinik Xəstəxanasının morqunda 5 nəfərin cəsədi yerləşdirilib.
Ərazidə xilas etmə işlərinin aparılması davam edir. Səhiyyə Nazirliyinin əməkdaşları yardım məqsədi ilə ərazidədirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR