Bank Of Baku

Evi qarət olunan şəxs polis və məhkəmə orqanlarından narazıdır

Evi qarət olunan şəxs polis və məhkəmə orqanlarından narazıdır
# 29 avqust 2007 11:08 (UTC +04:00)
2004-cü ildə evi silahlı adamlar tərəfindən qarət edilən Bakı şəhərinin Nərimanov rayon sakini İsrafil Cabbarov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Cabbarov bildirib ki, 2004-cü il sentyabrın 16-da evi tanıdığı Nizami İsmayılovun və oğlu Rauf İsmayılovun sifarişi ilə Elçin Zeynalov və Ramil Quliyev adlı şəxslər tərəfindən qarət olunub. Qarətçilər evin sahibəsi Tamilla Cabbarova və onun qızı Nazlı Cabbarovanın əl-qolunu bağlayaraq onlara işgəncə veriblər. Pul və qızılların yerini bu üsulla öyrənən quldurlar evdən 67.500 ABŞ dolları aparıblar. Nərimanov rayon Polis İdarəsinin olaya münasibətindən narazı olduğunu söyləyən İ. Cabbarov işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxıldığını deyib. O, həmin məhkəmənin hakimi Şamil Ələsgərovun sifarişçi N. İsmayılovla yaxın münasibətdə olduğunu qeyd edib: “Şamil Ələsgərov həyat yoldaşımı məhkəməyə çağıraraq dəyən maddi ziyanın ödəniləcəyini deyib. Amma bu günə qədər ziyan ödənilməyib. Nizami İsmayılovun hüquq-mühafizə orqanlarında çalışan yaxınlar bütün imkanlarından istifadə edərək məsələni bağlamaq istəyirlər”.
Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Şamil Ələsgərovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR