Bank Of Baku

Taksi sürücüsünə qarşı soyğunçuluq etmiş ərlə arvad yaxalanıb

Taksi sürücüsünə qarşı soyğunçuluq etmiş ərlə arvad yaxalanıb
# 29 avqust 2007 11:12 (UTC +04:00)
Taksi sürücüsünə qarşı soyğunçuluq etmiş ər və arvad yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 28-də saat 23:30 radələrində Bilgəh çimərliyində Sabunçu qəsəbə sakinləri Kamran Kosayev həyat yoldaşı Sevda ilə birgə sərnişin qismində Maştağa qəsəbə sakini Valeh Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına oturub. Onlar sürücüyə Qaraçuxur qəsəbəsinə gedəcəklərini bildiriblər. Qaraçuxur qəsəbəsində ərlə arvad V. Cəfərovu bıçaqla hədələyərək 10 manat pulunu və mobil telefonunu alıblar. Suraxanı RPİ-nin 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kamran və Sevda Kosayevlər yaxalanıb.
Nizami RPİ-nin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda soyğunçuluq etmiş Saatlı rayon sakini Heybət Əhmədov saxlanılıb. H. Əhmədov avqustun 27-də Nizami rayonundakı K. Balakişiyev küçəsində Gülgəz Sevdiməliyevaya qarşı zor tətbiq edərək, içərisində 45 manat olan pul kisəsini ondan aldığı üçün tutulub.
Nərimanov rayonu ərazisində, A. Nemətulla küçəsində Elçin Yolçuyevə məxsus “VAZ-2106” markalı avtomaşından mobil telefon oğurlayan şəxsin kimliyi də müəyyənləşdirilib. Nərimanov RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Salyan rayon sakini Taleh Mürsəlov tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR