Bank Of Baku

Balakən sakini öz əmisinin evini qarət edərkən yaxalanıb

Balakən sakini öz əmisinin evini qarət edərkən yaxalanıb
# 29 avqust 2007 11:34 (UTC +04:00)
Balakəndə öz əmisinin evini qarət edən rayon sakini həbs olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılov məlumat verib. L. İsmayılovun sözlərinə görə, ötən gecə şəhərin Nəsimi küçəsində, Nizaməddin Mehdiyevin mənzilində soyğunçuluq hadisəsi baş verib. Ev sahibi N. Mehdiyev öz qardaşı oğlu Teymur Mehdiyevi sandıqdan pul götürərkən yaxalayıb və dərhal RPŞ-yə məlumat verib. Bu zaman qarətçi öz əmisinə müqavimət göstərərək onu hədələyib. Tezliklə hadisə yerinə yetişən RPŞ-nin əməkdaşları T. Mehdiyevi həbs edib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR