Bank Of Baku

Ağstafada qaz doldurma məntəqəsində partlayışda yaralananlardan biri xəstəxanada vəfat edib - YENİLƏNİB

Ağstafada qaz doldurma məntəqəsində partlayışda yaralananlardan biri xəstəxanada vəfat edib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 29 avqust 2007 13:04 (UTC +04:00)
Xəstəxanaya yerləşdirilən Qasımova Tamella Həsən qızı (1946) və Aşurov Seymur Nadir oğlunun (1986) vəziyyəti isə ağır olaraq qalır. Ağstafa rayon mərkəzi xəstəxanasından APA-nın Qərb bürosuna bildiriblər ki, hadisədən sonra xəstəxanaya gətirilən yaralılardan Musayeva Şəlalə Yusif qızının (1983) vəziyyəti ağırdır. Digər yaralılar Mikayılov Kamran Azad oğlu (1988), Kərimov Rəhim Həsənəli oğlu (1959) və Musayeva Cəvahir Məsim qızının (1957) vəziyyəti normaldır. Qeyd edək ki, bu gün saat 10:30 radələrində Ağstafa rayon mərkəzi xəstəxanasının yaxınlığında yerləşən qaz doldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov APA-nın Qərb bürosuna bildirib ki, hadisə maye qaz doldurma məntəqəsində kiçik həcmli qaz balonu doldurulan zaman baş verib. Ağır yanıq xəsarəti almış şəxslər Ağstafa və Qazax rayon xəstəxanalarına yerləşdirilib. Ramiz Tatarov bildirib ki, hadisənin təhlükəsizlik qaydalarına düzgün riayət olunmamağı səbəbindən baş verdiyi ehtimal edilir. Hadisə ilə əlaqədar Ağstafa rayon Polis İdarəsində araşdırma aparılır. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR