Bank Of Baku

Memarlar İttifaqı həm son baş verən bina uçması, həm də Bakıda aparılan tikintilərlə bağlı öz mövqeyini açıqlayacaq

Memarlar İttifaqı həm son baş verən bina uçması, həm də Bakıda aparılan tikintilərlə bağlı öz mövqeyini açıqlayacaq
# 29 avqust 2007 14:31 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Memarlar İttifaqının sədr əvəzi Hafiz Əmirxanov bildirib. Onun sözlərinə görə, dünən Bakıda 16 mərtəbəli binanın uçması tikinti zamanı böyük nöqsanlara yol verilməsi ilə bağlı ola bilər: “Orada mühəndis nöqsanları olması mümkündür. Mən hadisə baş verən əraziyə baxış keçirəndən sonra bu qənaətə gəldim. Məncə, tikintidə istifadə olunan armaturlar düzgün quraşdırılmayıb. Ola bilsin ki, səhvlərə yol verməsi səbəbindən betonun içində hava qalıb, ona görə də armaturlar korroziyaya uğrayıb. Armatur korroziyaya uğrayanda müqavimətini
itirir və istənilən an sütunlardan biri uçur və bütün mərtəbələr yerə tökülür. Orada istifadə olunan betonun keyfiyyətsiz olması da mümkündür. Təbii ki, bu mənim rəyimdir. Ekspertlər araşdırma aparandan sonra daha dəqiq fikir söyləyə bilərlər”.
H. Əmirxanov onu da bildirib ki, uçqun baş verən ərazi çoxmərtəbəli binaların tikilməsi üçün əlverişli deyil: “Çünki kiçik sahədə o qədər hündür mərtəbəli binalar inşa edilib ki, ərazi tamamilə yüklənib”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR