Bank Of Baku

Azərbaycan paytaxtında binanın uçması nəticəsində hazırda dağıntılar altında olan 5 nəfərin adı bəlli olub

Azərbaycan paytaxtında binanın uçması nəticəsində hazırda dağıntılar altında olan 5 nəfərin adı bəlli olub
# 29 avqust 2007 14:42 (UTC +04:00)
Onlar hamısı Astara rayonun Ərçivan kəndinin sakinlədir. APA-nın cənub bürosunun hazırda Ərçivan kəndində olan əməkdaşının verdiyi məlumata görə, onlar Nəzər Fərman oğlu Nəzərov, Rəvan İlyas oğlu Ağayev, Seymur Nəcəfəli oğlu Hüseynov, Sakit Adil oğlu Feyziyev, Razi Elsevər oğlu İmaməliyevdir. Bundan başqa, yaralılardan 1986-cı il təvəllüdlü Ramin Fərman oğlu Nəzərov və 1983-cü il təvəllüdlü Əvəzxan Bəşirağa oğlu Axundov da Ərçivan sakinləridir.
Ərçivan kəndində dolaşan məlumatlara görə, zirzəmidə qalan sakinlər yaxınlarına göndərdikləri telefon mesajlarında zirzəmidə beş nəfər qaldıqlarını, artıq üç nəfərin dünyasını dəyişdiyini, iki nəfərin isə sağ olduğunu yazıblar.
Qeyd edək ki, həlak olan Astara rayonunun Ərçivan kənd sakinlərinin cənazələri bir qədər əvvəl doğulduqları kənddə torpağa tapşırılıb. APA-nın cənub bürosunun hazırda Ərçivanda olan əməkdaşının verdiyi məlumata görə, qəza zamanı ölən 3 nəfər - 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu İbrahimov, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyevdir. Sonuncu iki şəxs qardaşdır, onların hər ikisi evli olub və hər birinin 2 övladı qalıb. E. İbrahimov isə nişanlı olub, sentyabrın 7-də toyu olmalı imiş. Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin sərəncamı ilə dəfn mərasiminə hazırlıq işləri görülüb. Dəfn və yas mərasimlərinin xərcini Astara RİH çəkəcək. M. Quliyev başda olmaqla Astara rayon rəhbərliyi hazırda Ərçivandadır.
Uçan binanın tikintisində işləyən və hadisənin şahidi olan Ərçivan sakinləri də həlak olan həmkəndlilərinin dəfnində iştirak etmək üçün Astaraya gediblər. Onlar APA-nın cənub bürosuna açıqlamalarında bildiriblər ki, “Mütəfəkkir” MTK tərəfindən inşa olunan binanın tikintisində Ərçivan kəndinin 20-dək sakini işləyib./APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR