Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binada “Mütəfəkkir” MTK-nın işçiləri ilə yanaşı, fərdi sifariş əsasında mənzillərdə təmir aparan ustalar da olub

Azərbaycan paytaxtında uçmuş binada “Mütəfəkkir” MTK-nın işçiləri ilə yanaşı, fərdi sifariş əsasında mənzillərdə təmir aparan ustalar da olub
# 29 avqust 2007 15:25 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib. Onun sözlərinə görə, DƏM binada çalışan insanların hansı şəraitdə əməyə cəlb olunduqlarını mütləq araşdıracaq: “Dağıntıların altında çıxarılan insanların heç biri lazım olan geyimlə, dəbilqələrlə, xüsusi ayaqqabılarla, bir sözlə tikintiyə aid ləvazimatlarla təmin edilməyib. Onların hamısı adi geyimdə işləyiblər. Bu da tikinti sektoruna xas olan haldır”. O əlavə edib ki, hələ bir necə ay əvvəl müfəttişlik Bakının tikinti şirkətlərində əməyin təhlükəsizliyi ilə bağlı yoxlama apararkən “Mütəfəkkir MTK”nin da uçulmuş binasında araşdırma aparmaq istəsə də, buna imkan verilməyib: “Bakıdakı tikinti şirkətlərində yoxlama apardığımız zaman “Mütəfəkkir MTK”nın bu binasında da yoxlama aparmaq istəmişik. Ancaq həmin vaxt ya iş icraçısı yerində olmayıb, ya da işçilərini işə buraxmayıblar. Onların hansısa bəhanələrinə görə bu yoxlama baş tutmayıb”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR