Bank Of Baku

Bakıda uçmuş binanın dağıntıları altından çıxarılan İbrahim İbrahimovun üzərində cərrahiyyə əməliyyatı aparılıb

Bakıda uçmuş binanın dağıntıları altından çıxarılan İbrahim İbrahimovun üzərində cərrahiyyə əməliyyatı aparılıb
# 29 avqust 2007 15:46 (UTC +04:00)
Bu barədə APA-ya yaralının yerləşdirildiyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib. Məlumata görə, xəstənin sol əlinin arxa səthində əzilmiş yaralar, başın təpə nahiyəsində sıyrılmış yaralar olub, II, III barmaqların atıcı vətərləri də zədələnib. Xəstəxana növbətçisinin sözlərinə görə, hazırda xəstənin vəziyyəti normaldır və müalicəsi davam etdiriləcək.
Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə dağıntı altından çıxarılaraq bu tibb mərkəzinə gətirilmiş 5 yaralı Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə olunurlar. Şöbə əməkdaşlarının sözlərinə görə, yaralılara tibbi yardım göstərilib və səhhətləri normaldır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR