Bank Of Baku

Ağstafada baş verən partlayış zamanı yaralanmış şəxslərin müayinəsi üçün Bakıdan xüsusi həkim briqadası göndərilib

Ağstafada baş verən partlayış zamanı yaralanmış şəxslərin müayinəsi üçün Bakıdan xüsusi həkim briqadası göndərilib
# 29 avqust 2007 14:34 (UTC +04:00)
Ağstafa rayon xəstəxanasından isə bildiriblər ki, yaralılardan Musayeva Şəlalə Yusif qızının (1983) və Mikayılov Kamran Azad oğlunun (1988) səhhəti ağır, digər iki yaralının vəziyyəti isə normaldır. Partlayış zamanı yaralanmış şəxslərdən 1956-cı il təvəllüdlü Mahmudova Afina Qələndər qızı isə günorta saatlarında Qazax rayon xəstəxanasında vəfat edib. Qeyd edək ki, bu gün saat 10:30 radələrində Ağstafa rayonunda yerləşən qaz doldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə maye qaz doldurma məntəqəsində kiçik həcmli qaz balonu doldurulan zaman baş verib. Ağır yanıq xəsarəti almış şəxslər Ağstafa və Qazax rayon xəstəxanalarına yerləşdirilib. Hadisənin təhlükəsizlik qaydalarına düzgün riayət olunmamağı səbəbindən baş verdiyi ehtimal edilir. Faktla əlaqədar Ağstafa rayon Polis İdarəsində araşdırma aparılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR