Bank Of Baku

Binəqədidə təbii qaz sızması nəticəsində partlayış baş verib

Binəqədidə təbii qaz sızması nəticəsində partlayış baş verib
# 28 noyabr 2007 11:28 (UTC +04:00)
Binəqədi rayonu ərazisində təbii qaz sızması nəticəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayondakı 7-ci mikrorayon, Dairəvi küçəsi, ev 66, mənzil 34-də yaşayan Valentina Əyyubovanın mənzilində təbii qazın sızmasından yanğına keçən partlayış meydana gəlib. Nəticədə mənzilin pəncərə çərçivələri yerindən çıxıb, ev əşyaları qismən yanıb. Yanıq xəsarəti almış V. Əyyubova və qızı Natəvan xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR