Bank Of Baku

Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunan konfrans keçirilib

Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunan konfrans keçirilib
# 29 noyabr 2007 11:08 (UTC +04:00)
Bu gün Azərbaycanda Atatürk Mərkəzində azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunan konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda millət vəkilləri, elm və ədəbiyyat xadimləri iştirak ediblər. Konfransı giriş sözü ilə millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açıb. Zəngəzurun ta qədimdən əcdadlarımızın məskəni olduğunu bildirən N. Cəfərov bu torpağın coğrafi mövqeyinin başına bəla olduğunu deyib. Professor Vilayət Əliyev ermənilərin təzyiqi ilə azərbaycanlıların öz torpaqlarından köçürülməsi tarixindən söz açıb. Millət vəkili Qənirə Paşayeva Zəngəzurun işğalının 90, azərbaycanlıların deportasiyasının 20 illiyinin yaxınlaşdığını, bu ağrılı tarixlərlə bağlı film təqdimatları və müxtəlif beynəlxalq konfransların keçirilməsi zərurətindən danışıb. Natiqlərin çıxışlarında bir daha vurğulanıb ki, Azərbaycanın cənub-qərbində yerləşən, ümumi sahəsi 7822 kv. kilometrdən çox olan ərazinin Zəngəzur adlanması orta əsrlərdən məlumdur. Konfransda bildirilib ki, 1920-ci ildən sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Mehri bölgələri Ermənistana verilib, 1988-ci ildə isə zəngəzurlular doğma yurdlarından qovulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR