Bank Of Baku

Yol qəzalarında 5 nəfər həlak olub

Yol qəzalarında 5 nəfər həlak olub
# 29 noyabr 2007 12:23 (UTC +04:00)
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Lökbatan qəsəbəsində Bayram Əliyevin idarə etdiyi “Ford” markalı və İmişli rayon sakini Asəf Hüseynovun idarə etdiyi “Ford” markalı avtomaşınlar toqquşub. Nəticədə B. Əliyevin sərnişinlərindən Bakı şəhər sakini Gülümsər Musayeva hadisə yerində ölüb, özü və digər sərnişinləri - Lökbatan qəsəbə sakinləri Asiman Mustafayev, Rövşən Mikayılov və Firudin Məlikov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Gəncə şəhərində Namiq Abbasov idarə etdiyi “Mercedes” markalı avtomaşınla 30-35 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində keçinib. Faktla bağlı Kəpəz RPŞ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Tovuz rayonunda Abulbəyli kənd sakini Arif Məmmədov idarə etdiyi “QAZ-51” markalı avtomaşınla həmyerlisi Səadət Fərzanini vurub. Nəticədə S. Fərzani hadisə yerində həlak olub. Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhərində Ağsu rayon sakini Sabir Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla İmişli rayon sakini Validə Bayramovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V. Bayramova orada vəfat edib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Biləsuvar rayonunda Cəbrayıl rayon sakinlərinin məskunlaşdıqları ərazidə Bərdə rayon sakini Kamal Bayramovun idarə etdiyi “QAZ-53” markalı və Cəbrayıl rayon sakini Elçin Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E. Sadıqov orada dünyasını dəyişib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR