Bank Of Baku

Masallı sakini ov tüfəngi ilə qətlə yetirilib

Masallı sakini ov tüfəngi ilə qətlə yetirilib
# 29 noyabr 2007 13:34 (UTC +04:00)
Noyabrın 29-da Masallıda ölümlə nəticələn bədbəxt hadisə baş verib. Rayonun Xoşçobanlı kənd sakini, 1987-ci il təvəllüdlü bir uşaq atası Fərrux Fəqan oğlu Abıyev ov tüfəngindən açılan atəşlə dünyasını dəyişib. Masallı Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, F. Abıyev bu gün saat 5:00 radələrində dayısı Ələddin İman oğlu Abışovla ova gedib və ov tüfəngindən açılan atəşdən xəsarət alıb. Saat 7:20 radələrində zərərçəkənin qayınatası Seyfəddin Abdulbağı oğlu Tağıyev və dayısı Ə. Abışov sağ budun yuxarı 1/3-nin bayır tərəfində bud sümüyünün sınığı, damarların zədələnməsi və ağır qanaxma ilə müşayiət olunan güllə yarası ilə onu Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətiriblər. Həkimlərin səylərinə baxmayaraq, F.Abıyevin həyatını xilas etmək mümkün olmayıb. 20 dəqiqədən sonra o, xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi qaldırılıb, rayonun hüquq-mühafizə orqanlarında hadisənin baş vermə səbəbləri, şəraiti və mexanizmi araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR