Bank Of Baku

57 yaşlı Siyəzən rayon sakini noyabrın 4-dən itkin düşüb

57 yaşlı Siyəzən rayon sakini noyabrın 4-dən itkin düşüb
# 29 noyabr 2007 15:37 (UTC +04:00)
Bundan sonra dostlar içki məclislərində olublar. Sərxoş olan Mirzəxanı yoldaşları axşam saatlarında yaşadığı evin qarşısında maşından düşürtsələr də, o, evə deyil, Həmyə kəndinə tərəf gedib. Sonuncu dəfə Mirzəxanı Samur-Abşeron kanalının bu ərazidən keçən körpüsünün üstündə görüblər. Qardaşı və digər ailə üzvləri Mirzəxanın Samur-Abşeron kanalına düşdüyünü ehtimal edirlər. Lakin Siyəzəndəki sudurulducu hövzə axtarılsa da, oradan meyit aşkarlanmayıb. Buna baxmayaraq, yaxınları Mirzəxanın cəsədinin məhz kanalda olması fikrində israrlıdırlar. B. Heydərov deyib ki, Samur-Abşeron kanalının suyunun kəsilməsi ilə əlaqədar yerli icra hakimiyyətindən tutmuş müxtəlif dövlət instansiyalarına etdikləri müraciətlərə baxılmır.
Siyəzən rayon prokuroru Həsən Hənifəyev APA-nın şimal bürosuna M. Heydərovun yerli polis tərəfindən axtarıldığını, onun tapılması üçün zəruri olan bütün tədbirlərin görüldüyünü söyləyib. Siyəzən Rayon Polis Şöbəsindən isə bildirilib ki, M. Heydərovla bağlı bütün məlumatlar araşdırılır, yoxlanılır və faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR