Bank Of Baku

“Çeçen Ruslan”ın qətli ilə bağlı istintaqı aparan müstəntiq Rusiyaya ezam olunacaq

“Çeçen Ruslan”ın qətli ilə bağlı istintaqı aparan müstəntiq Rusiyaya ezam olunacaq
# 30 noyabr 2007 11:13 (UTC +04:00)
Yaxın günlərdə “Çeçen Ruslan” ləqəbli Rusiya vətəndaşı Raqib Rüstəmovun qətli ilə bağlı istintaqı aparan müstəntiq Rasim Qurbanov Rusiyaya ezam olunacaq. Bakı şəhər Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, R. Rüstəmovu öldürənlərin Rusiyada olduğu ehtimal edilir.
Qeyd edək ki, R. Rüstəmov noyabrın 25-də Bakının Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranının qarşısında qətlə yetirilib. Hadisə zamanı onun yanında olan Akif Sarıyev və Əlinur Sarıyev adlı şəxslər olaydan iki gün sonra həbs olunublar. Nərimanov rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR