Bank Of Baku

Şəkidə yanğınsöndürən maşınla sərnişin avtobusu toqquşub

Şəkidə yanğınsöndürən maşınla sərnişin avtobusu toqquşub
# 30 noyabr 2007 12:00 (UTC +04:00)
Şəkidə yanğınsöndürən maşınla sərnişin avtobusu toqquşub. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin M. Rəsulzadə küçəsində baş verib. Şəki Rayon Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə gedən rayon Yanğından Mühafizə İdarəsinə məxsus maşın şəhərdaxili hərəkət edən marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində avtobus yararsız vəziyyətə düşsə də, xoşbəxtlikdən avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. İlkin ehtimallara görə, qəzanın baş verməsinə marşrut avtobusunun sürücüsünün ehtiyatsızlığı səbəb olub. Faktla bağlı RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR