Bank Of Baku

56 yaşlı Şəki sakinini maşın vurub

56 yaşlı Şəki sakinini maşın vurub
# 30 noyabr 2007 13:22 (UTC +04:00)
Şəkidə 56 yaşlı rayon sakinini maşın vurub. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə Şəki-Oğuz magistral yolunda baş verib. Şəki rayon sakini Abdul Hüseynzadə idarə etdiyi “PAZ” markalı 55 AC 233 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Rasim İsmayılovu vurub. Hadisədən dərhal sonra zərərçəkən Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəki RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR