Bank Of Baku

Cəlilabadda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib

Cəlilabadda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib
# 30 noyabr 2007 14:41 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun 142-ci kilometrliyində Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 30 yaşlı Əhməd Nadir oölu Ağazadənin idarə etdiyi “Mercedes” markalı 10 OR 928 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə yanğın baş verib. Cəlilabad Rayon Yanğından Mühafizə Dəstəsinin iki yanğınsöndürən maşını hadisə yerinə gələrək, avtomobildəki yanğını söndürüb. Amma maşının sürücüsü yanaraq külə dönüb. Avtomobildəki 3 sərnişin çıxarılsa da, onlardan ikisi hadisə yerində keçinib, digəri isə Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Şahidlərin sözlərinə görə, hadisəyə “Mercedes”in 42 seriyalı qara rəngli “VAZ-2106” markalı avtomaşınla ötmə əməliyyatı etməsi səbəb olub. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR