Bank Of Baku

İki nəfər yol qəzasının qurbanı olub

İki nəfər yol qəzasının qurbanı olub
# 30 noyabr 2007 15:05 (UTC +04:00)
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsində Cəfər Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomaşını aşırıb. Nəticədə C. Cəfərov hadisə yerində ölüb. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Tərtər rayonunun Sarıcallı kəndində rayon sakini Ərşad Məmmədovun və Bərdə rayon sakini Dilsuz Əliyevin idarə etdikləri “Muravey” markalı motosikletlər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş D. Əliyev orada vəfat edib. Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.
Sabirabad rayonunun Qaragünə kəndində İmişli rayon sakini Nadir Ağayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla kənd sakinlərinə məxsus 45 baş qoyunu vurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR