Bank Of Baku

İki oğurluq faktının üstü açılıb

İki oğurluq faktının üstü açılıb
# 30 noyabr 2007 15:06 (UTC +04:00)
Polis əməkdaşları iki oğurluq faktının üstünü açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 saylı Sumqayıt şəhər Xəstəxanasında oranın işçisi, Sumqayıt şəhər sakini Günay Həsənovaya məxsus içərisində 20 manat və 1 ədəd mobil telefon olan çanta oğurlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Buzovna qəsəbə sakini Firudin Əsgərov tutulub.
Mingəçevir şəhər sakini Sakit Əhmədova məxsus "VAZ-2121" markalı avtomaşından 1 ədəd televizor oğurlanıb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Zamin Babazadə saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR