Bank Of Baku

Ölkədə 4 yanğın hadisəsi baş verib

Ölkədə 4 yanğın hadisəsi baş verib
# 30 noyabr 2007 15:16 (UTC +04:00)
Səbayel rayonunda yanğın hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Nizami küçəsi, ev 20-də yaşayan Mariya Petrovaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Nəticədə 1 kv. m sahədə ev əşyaları yanıb, M. Petrova isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Qaradağ rayonunun Ələt qəsəbəsindəki Hərbi şəhərcik, ev 166-da yaşayan Əsgər Yüzbaşova məxsus 3 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Salyan rayonunun Kürkənd kəndində Heydər Hacıyevə məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə 160 kv. m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Saatlı rayonunun Azadkənd kənd sakini Nailə Əliyevaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Nəticədə 170 kv. m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Bütün faktlarla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR