Bank Of Baku

Azərbaycanın Hacıqabul rayon sakini üç oğlan uşağı dünyaya gətirib

Azərbaycanın Hacıqabul rayon sakini üç oğlan uşağı dünyaya gətirib
# 01 dekabr 2007 09:14 (UTC +04:00)
Noyabrın 29-da səhər saatlarında Hacıqabul rayonunun Nəvahi qəsəbəsinin sakini Vüsalə Əliş qızı Zülfüqarova Mərkəzi Klinik Xəstəxanada üç oğlan uşağı dünyaya gətirib. Yeddi illik gözləntidən sonra ailədə üç körpə dünyaya gəlib. Körpələrin dünyaya gəlməsi üçün cərrahiyyə əməliyyatına ehtiyac olub. Körpələr ana bətnindən “Qeysər kəsiyi” üsulu ilə götürülüb. M. Zülfüqarovun dediyinə görə, uşaqların çəkisi 2 kq 600 qram, 2 kq 200 qram və 1 kq 700 qramdır. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir. M. Zülfüqarov onu da deyib ki, nə o, nə də həyat yoldaşı heç bir yerdə işləmir, atasının evində qalır: “Uşaqları böyütmək üçün dövlət qayğısına ehtiyacımız var. Əlaqədar orqanlardan ailəmizə yardım olunmasını xahiş edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR