Bank Of Baku

İki bıçaqlanma hadisəsinin üstü açılıb

İki bıçaqlanma hadisəsinin üstü açılıb
# 01 dekabr 2007 10:45 (UTC +04:00)
Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Daş Karxanası küçəsində yaşayan Ramil Hüseynov qısqanclıq zəminində qonşusu Dilorom Alixanova bıçaqla xəsarət yetirib. Nərimanov RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində R. Hüseynov tutulub.
Masallı rayonunun Şatroba kəndində əvvəllər məhkum olunmuş Oruc Əsgərov münaqişə zəminində həmkəndlisi Müşfiq Hüseynova bıçaqla xəsarət yetirib. Masallı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində O. Əsgərov saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR