Bank Of Baku

Xabarovskda azərbaycanlı narkokuryer 8 il müddətinə azadlıqdan məhrum edilib

Xabarovskda azərbaycanlı narkokuryer 8 il müddətinə azadlıqdan məhrum edilib
# 03 dekabr 2007 08:43 (UTC +04:00)
Xabarovsk vilayətində Azərbaycan vətəndaşı narkotik maddələrlə bağlı cinayətə görə məhkum edilib. APA-nın məlumatına görə, Jeleznodorojnı rayon məhkəməsinin qərarı ilə Məmmədov Samit Gülağa oğlu ona qarşı irəli sürülən ittihamlarda günahkar bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Samit Məmmədov martın 2-də 2 kiloqram geroin və 1,5 kiloqram opiumla saxlanılıb. Bundan sonra hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstəni zərərsizləşdirmək mümkün olub. Samit Məmmədovdan götürülən narkotik maddələrin bazar qiyməti 8 milyon rubldan artıq olub. Məhkəmədə çıxış edən müttəhim ona verilən cəza ilə razılaşmayıb və daha yüksək məhkəmə instansiyasına qərardan şikayət edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR