Bank Of Baku

Dəm qazından zəhərlənən 3 nəfər vəfat edib

Dəm qazından zəhərlənən 3 nəfər vəfat edib
# 03 dekabr 2007 11:17 (UTC +04:00)
Xətai rayonunda bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun X. Məmmədov küçəsi, ev 2 “A”-da yaşayan Kamran Səmədov mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, K. Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Analoji hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbə sakini Əvəz Atakişiyev evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Nərimanov rayonunun Böyük Şor qəsəbəsində məskunlaşmış Ağdam rayon sakini Elton Əliyev də yaşadığı ünvandan dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib. Bütün faktlarla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR