Bank Of Baku

Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupunun Bərdə rayonunda keçirdiyi əməliyyat nəticəsində 8 nəfər həbs edilib

Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupunun Bərdə rayonunda keçirdiyi əməliyyat nəticəsində 8 nəfər həbs edilib
# 03 dekabr 2007 11:27 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Polis Şöbəsinin əməkdaşlarının iştirakı olmadan keçirilən əməliyyatın məqsədi barədə məlumat verilməyib. Əməliyyat nəticəsində əvvəlcə 15 nəfər saxlanılsa da, ilkin dindirmədən sonra onların 7-si sərbəst buraxılıb. Qalan 8 nəfər isə həbs olunub. Həbs olunanlar arasında kriminal aləmdə tanınmış Abbas Əliyev də var. A. Əliyev rayondakı “Çinar” restoranında yemək yeyərkən həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə isə Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub. Ondan 1,219 qram heroin aşkarlanaraq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR