Bank Of Baku

Üç yol qəzasında 2 nəfər həlak olub

Üç yol qəzasında 2 nəfər həlak olub
# 03 dekabr 2007 11:37 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Pirəkəşkül qəsəbəsində Göyçay rayon sakini Kamran Seyidovun idarə etdiyi “KamAZ” və Bakı şəhər sakini Hidayət Kərimovun idarə etdiyi "”VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə H. Kərimov və sərnişinlərindən İmişli rayon sakini Ramiz Bəxtiyarov hadisə yerində keçinib, xəsarət almış Bakı şəhər sakinləri Əfqan Məstəliyev və Nəbi Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Xətai rayonundakı M. Hadi küçəsində Bakı şəhər sakinləri Mahir Novruzovun idarə etdiyi “Azsamand” və Elçin Məmmədovun idarə etdiyi “Hundai” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış M. Novruzov və sərnişini Vahid Həsənov, habelə E.Məmmədov və sərnişinləri Ceyhun Cəfərov, İlqar Məsimov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Nərimanov rayonundakı F.X.Xoyski küçəsində Yevlax rayon sakini Habil Əhmədovun idarə etdiyi “Oka” və Bakı şəhər sakini Əlləz Bədəlovun idarə etdiyi “KİA” markalı avtomaşınlar toqquşub. Nəticədə “Oka” markalı avtomaşında yanğın baş verib. Avtomaşının yanar konstruksiyaları yanıb, H.Əhmədov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR