Bank Of Baku

Qubadakı kütləvi məzarlıqdan çıxarılan insan kəllələrinin sayı 159-a çatıb

Qubadakı kütləvi məzarlıqdan çıxarılan insan kəllələrinin sayı 159-a çatıb
# 03 dekabr 2007 14:20 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Qubada aşkar olunan kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev verib. Onun sözlərinə görə, aşkar edilən 159 insan kəlləsinin təqribi yaş təsnifatının müəyyənləşdirilməsi məqsədilə ilkin analizlər aparılıb. Analizlər zamanı məlum olub ki, kütləvi məzarlıqdan çıxarılan 18 kəllə 8-14 yaşında uşaqlara, 24 kəllə qadınlara, qalanları isə əsasən orta yaşlı kişilərə məxsusdur. Ekspedisiyanın fəaliyyətinə hava şəraitinin imkan vermədiyini deyən Q. Ağayev sökülən evin altından xeyli insan sümüyü çıxarıldığını, ərazinin isə insan skeletləri ilə dolu olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR