Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 04 dekabr 2007 07:57 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun 192-ci kilometrliyində bir nəfərin ölümü, iki nəfərin müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 25 yaşlı Elnur Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BA 602 dövlət nömrə nişanlı avtomobil İran İslam Respublikasının Ərdəbil vilayət sakini, 43 yaşlı Fərudin Əsdərinin idarə etdiyi “SKANİYA” markalı THR 47 547 nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 2107” markalı maşının sürücüsü yerindəcə keçinib. Avtomaşında olan digər sərnişinlər - 21 yaşlı Zamin Babayev və 25 yaşlı Emin Rəsulov müxtəlif dərəcəli bədən xəsarəti ilə Lənkəran mərkəzi rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan APA-nın Cənub bürosuna bildirilib ki, qapalı kəllə-beyin travması almış hər iki yaralı üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda onların vəziyyətləri orta-ağırdır. İlkin versiya kimi hadisəyə səbəb iranlı sürücünün yolun soluna çıxması və qarşıdan gələn avtomaşın üçün qəza vəziyyəti yaratması, eləcə də “VAZ 2107” markalı maşının yüksək sürətlə hərəkət etməsi göstərilir. Fakt üzrə Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR