Bank Of Baku

Qadın sürücünün vurduğu piyada xəstəxanada ölüb

Qadın sürücünün vurduğu piyada xəstəxanada ölüb
# 04 dekabr 2007 11:31 (UTC +04:00)
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Azadlıq prospektində Bakı şəhər sakini Nuridə Maqsudova idarə etdiyi “KİA” markalı avtomaşınla Bakı şəhər sakini Elşən Gülüşovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E. Gülüşov orada vəfat edib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Nizami rayonundakı Q. Qarayev prospektində Sabunçu qəsəbə sakini Zamin İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini Cahan Babayevanı vurub. Nəticədə xəsarət almış C. Babayeva dekabrın 3-də evində dünyasını dəyişib. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR