Bank Of Baku

Gəncədə iki əxlaqsızlıq yuvası aşkarlanıb

Gəncədə iki əxlaqsızlıq yuvası aşkarlanıb
# 04 dekabr 2007 14:56 (UTC +04:00)
Gəncədə əxlaqsızlıq yuvası aşkarlanıb. APA-nın Qərb bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Gəncə Şəhər Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Şahin Sadıqov məlumat verib. Onun sözlərinə görə, dekabrın 2-də Gəncə ŞPİ-yə daxil olmuş məlumat əsasında aparılan yoxlamalar zamanı məlum olub ki, şəhərin Zülfi Hacıyev küçəsindəki 29 saylı binanın 41-ci mənzilində yaşayan Şəhrizad Əhmədova bu ilin sentyabr ayından etibarən ailə üzvlərinə kirayə mənzil tutaraq, öz yaşadığı evi əxlaqsızlıq yuvasına döndərib: “Şəhrizad Əhmədova öz bacısı qızını və qonşuluqda yaşayan bir qızı fahişəliyə cəlb edərək evində müştərilərlə görüşdürüb”. Faktla bağlı Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə cinayət işi açılıb. Ş. Sadıqovun sözlərinə görə, digər əxlaqsızlıq yuvası şəhərdəki yeməkxanaların birində aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR