Bank Of Baku

Yeni Yasamalda inşa olunan binanın 11-ci mərtəbəsindən yıxılan fəhlə dünyasını dəyişib

Yeni Yasamalda inşa olunan binanın 11-ci mərtəbəsindən yıxılan fəhlə dünyasını dəyişib
# 04 dekabr 2007 16:04 (UTC +04:00)
Bakı şəhərinin Yasamal rayonu ərazisindəki Yeni Yasamal massivində “Maşınqayırma MTK” tikinti şirkətinin inşa etdiyi çoxmərtəbəli binada bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən APA-ya verilən məlumata görə, bu gün saat 16.40 radələrində binada qəlibçi işləyən Masallı rayon Xırmandalı kənd sakini, 22 yaşlı Səfael Şıxəliyev 11-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasında təhlükəsizlik qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR