Bank Of Baku

Cəlilabad sakininin evindən külli miqdarda heroin tapılıb

Cəlilabad sakininin evindən külli miqdarda heroin tapılıb
# 05 dekabr 2007 10:57 (UTC +04:00)
Cəlilabad sakinindən külli miqdarda narkotik maddə olan heroin tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Seymur Nəzərova və Elnur Quliyevə narkotik vasitəni satmış Cəlilabad rayon sakini Şamil İbiyev tutulub. Onun evinə baxış zamanı 270 qram heroin aşkar edilərək götürülüb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ-nin 19-cu polis bölməsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həsənovdan 0,212 qram heroin, Biləsuvar RPŞ-nin əməkdaşları rayon sakini Kamaləddin Rəsulovdan 1 qram heroin, onun evinə baxış zamanı əlavə 1 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR