Bank Of Baku

Türkiyədə fəhlələri Azərbaycanda yüksək maaşlı işlə təmin etməyə söz verərək aldadan cinayətkar dəstənin üzvləri həbs olunub

Türkiyədə fəhlələri Azərbaycanda yüksək maaşlı işlə təmin etməyə söz verərək aldadan cinayətkar dəstənin üzvləri həbs olunub
# 05 dekabr 2007 15:10 (UTC +04:00)
Bursada inşaat işçilərindən pul alaraq onları Azərbaycan, Kanada və Macarıstanda işlə təmin edəcəyi barədə yalançı vəd verən cinayətkar qrupun 5 üzvü həbs olunub. APA-nın məlumatına görə, polis orqanları araşdırma zamanı dələduzların fəhlələrə Azərbaycanda işləmək üçün qrup yığdıqlarını, bu ölkədə ayda 1,600 dollar maaşı olan işlə təmin olunmaq istəyənlərdən 480 türk lirəsi aldığını müəyyənləşdiriblər. Dələduzların bu yalançı vədlərlə 100-dən artıq şəxsi aldatdığı müəyyənləşib. Dələduzlar fırıldaqlarının üstü açılmasın deyə pul aldıqları şəxslərdən peşə təhsili haqqında sənəd, sağlamlıq arayışı, məhkum olmadıqları barədə məhkəmədən arayış və şəxsiyyət vəsiqələrinin surətini aldıqları müəyyənləşib. Saxlanan şəxslərlə bağlı istintaq materialları məhkəməyə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR