Bank Of Baku

Zabrat-Maştağa yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Zabrat-Maştağa yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 dekabr 2007 07:51 (UTC +04:00)
Dekabrın 6-da gecə saatlarında Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 10 KX 457 dövlət nömrə nişanlı “VAZ-2107” və 10 NU 889 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobildə olan digər 2 sərnişin ağır xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu kilinik xəstəxanasına çatdırılsa da, xəsarət alanlardan Anar adlı şəxs xəstəxanada dünyasını dəyişib. Digər yaralılar Məmmədağa Məmmədov, Dostəli Novruzov və Mahir Mehdiyevin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR