Bank Of Baku

Xaçmaz sakinindən 100 qramdan çox marixuana tapılıb

Xaçmaz sakinindən 100 qramdan çox marixuana tapılıb
# 06 dekabr 2007 11:23 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlardan narkotik vasitələr götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi və Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Vəliyevdən 1,27 qram tiryək, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini Çingiz Musayevdən 40 qram tiryək, Biləsuvar RPŞ-nin əməkdaşları narkotik vasitə ilə tutulmuş Kamaləddin Rəsulovun evinə baxış zamanı əlavə 1,386 qram heroin, Xaçmaz RPŞ-nin əməkdaşları Şollar kənd sakini, əvvəllər məhkum olunmuş Sədulla Qafarovdan 102,76 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları rayon sakini Möhsüm Musayevdən 12,57 qram marixuana aşkar edərək götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR