Bank Of Baku

Qəza törədən iki sürücü hadisə yerindən qaçıb

Qəza törədən iki sürücü hadisə yerindən qaçıb
# 06 dekabr 2007 11:32 (UTC +04:00)
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Göytəpə şəhərində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Şəfiqə Musayeva vurulub. Nəticədə Ş. Musayeva hadisə yerində keçinib. Faktla bağlı Cəlilabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon sakini Şakir Qarayevin idarə etdiyi “VAZ-2107” və İmişli rayon sakini Cavid Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə C. Abbasovun xəsarət almış sərnişini, həmyerlisi Bəxtiyar Cavadov xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Xətai rayonundakı M. Hadi küçəsində Bakı şəhər sakini Samir Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomaşınla Bakı şəhər sakini İsrafil Cəfərovu vurmuş və hadisə yerindən qaçıb. Nəticədə xəsarət almış İ. Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Xətai RPİ-nin 36-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Cəfərov saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR