Bank Of Baku

Xanlar rayonunda evlərin qarət olunmasında günahlandırılan 3 nəfər həbs olunub

Xanlar rayonunda evlərin qarət olunmasında günahlandırılan 3 nəfər həbs olunub
# 06 dekabr 2007 12:39 (UTC +04:00)
Xanlar rayonunda evlərin qarət olunmasında günahlandırılan 3 nəfər həbs olunub. Xanlar rayon Polis Şöbəsinin rəis müavini Habil Əmiraslanov APA-ya bildirib ki, zərərçəkmiş şəxs tərəfindən şöbəyə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə günahlandırılan Xanlar rayon sakinləri, 1987-ci il təvəllüdlü Əmirxan Zərgərov, 1989-cu il təvəllüdlü Zakir Hüseynov və Vüqar Hüseynov həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmə) maddəsi ilə cinayət işi başlanıb, onların barəsində həbs-qətimkan tədbiri seçilib, maddi sübutlar götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR