Bank Of Baku

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən qadının məhkəməsi başlayıb

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən qadının məhkəməsi başlayıb
# 06 dekabr 2007 14:29 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Bakı şəhər sakini Səbinə Əlipaşayevanın məhkəmə prosesi başlayıb. S. Əlipaşayeva bu il avqustun 29-da 5 kq 112 qr narkotik maddəni İrandan Azərbaycana keçirərkən Astarada gömrük əməkdaşları tərəfindən saxlanıb. APA-nın məlumatına görə, S. Əlipaşayeva Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) və 234 (qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, satma) maddələri ilə ittiham olunub. Məhkəmə prosesi dekabrın 13-də davam edəcək. Qeyd edək ki, S. Əlipaşayeva əvvəllər CM-nin 243-1 (fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR