Bank Of Baku

Falçılıqla məşğul olan Cəlilabad sakini Yasamal sakinini aldadaraq, onun 6 min ABŞ dollarını mənimsəyib

Falçılıqla məşğul olan Cəlilabad sakini Yasamal sakinini aldadaraq, onun 6 min ABŞ dollarını mənimsəyib
# 06 dekabr 2007 14:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Yasamal rayonu, I Alatava, 103 ünvanında yaşayan Humay Şükür qızı İsgəndərova rayon Polis İdarəsinə müraciət edərək, naməlum maskalı şəxsin evindən 6 min dollar apardığını bildirib. Ev sahibəsi müraciətində göstərib ki, maskalı şəxs pulu verməyəcəyi təqdirdə, onun azyaşlı uşağını öldürəcəyi ilə hədələyib. Bundan qorxan H. İsgəndərova həyat yoldaşı Bəhlul İsgəndərova məxsus 6 min dolları həmin şəxsə verib. Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.4 (quldurluq) maddələri ilə cinayət işi başlanıb. Müraciətlə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisə heç də şikayətdə göstərildiyi kimi olmayıb. Belə ki, H. İsgəndərovanın pullarını Cəlilabad rayon sakini Rəhimə Ağamalıyeva mənimsəyib. Falçılıqla məşğul olan R. Ağamalıyeva güclü təsirə malik olduğunu bildirdiyi duaları qohumuna 6 min dollara satıb. Bir müddətdən sonra ali təhsilli ev sahibəsi ailədə söz-söhbət yaranmasından ehtiyatlanaraq yalan danışmağa məcbur olub və polisə müraciət edib. Keçirilən əməliyyat nəticəsində R. Ağamalıyeva Cəlilabadda yaxalanıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində başlanmış cinayət işi Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə tövsif olunub.
Yasamal rayon Polis İdarəsindən APA-ya H. İsgəndərovanın R. Ağamalıyevanın ilk “qurbanı” olmadığı bildirilib. Polisdən, həmçinin, R, Ağamalıyevanın əməllərindən zərər çəkənlərin Yasamal rayon Polis İdarəsinə müraciət etməsi istənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR