Bank Of Baku

Qaradağ rayonunda təbii qaz sızmasından yanğına keçən partlayış baş verib

Qaradağ rayonunda təbii qaz sızmasından yanğına keçən partlayış baş verib
# 07 dekabr 2007 13:39 (UTC +04:00)
Qaradağ rayonunda partlayış qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsində Tahir Mehdiyevin evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə qapı zədələnib, pəncərə şüşələri sınıb, evdəki əşyalar qismən yanıb, T. Mehdiyev və arvadı Vüsalə, azyaşlı uşaqları Tahir və Əkrəm isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xırdalan şəhər sakini Lyubov Xanlarovaya məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə 80 kv. m sahədə evin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış Əli Xanlarov isə xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR